пятница, 11 ноября 2011 г.

НАИБОЛЬШИЙ


Qohum funksiyalar:
Sintaksis:
     НАИБОЛЬШИЙ(массив; к)
Nəticə:
     Verilənlər çoxluğunda düzülmə sırasına görə k-cı ən  
     böyük qiyməti (хmax  -dan başlayaraq) tapır.
Arqumentlər:
  •     массив: k-cı ən böyük qiyməti təyin olunan     verilənlər massivi;  
  •     к: verilənlərin xanalar massivində mövqe (ən böyük qiymətdən başlayaraq).
    Qeydlər:
    •       əgər massiv boşdursa, onda НАИБОЛЬШИЙ  funksiyası özünün yazıldığı xanaya #ЧИСЛО! səhvinin qiymətini yerləşdirir;
    •       əgər k ≤ 0 və ya к verilənlərin sayından böyükdürsə, onda НАИБОЛЬШИЙ funksiyası #ЧИСЛО! səhvinin qiymətini qaytarır.
    Riyazi-statistik interpretasiya:
       НАИБОЛЬШИЙ funksiyasını verilənlər çoxluğundan hər hansı qiyməti onun nisbi yerləşməsinə görə seçmək lazım olduğu hallarda tətbiq edirlər. Məsələn, ondan testləşdirmə zamanı ballarla birinci, ikinci, üçüncü və s. nəticəni təyin etmək, ölçmələr zamanı və s. istifadə etmək olar. Əgər n – verilənlər massivində nöqtələrin sayıdırsa, onda НАИБОЛЬШИЙ(массив;1) funksiyası ən böyük qiyməti, НАИБОЛЬШИЙ(массив;n) funksiyası isə ən kiçik qiyməti tapır. 

    Misal
    Bir kiçik müəssisənin işçiləri arasında cari ilin birinci kvartalı üzrə sosial vəziyyəti öyrənmək məqsədilə sorğu aparılmışdır. Sorğuda orta əmək haqqında olan suala 14 nəfər respondentin verdiyi cavablar aşağıdakı cədvəldə verilmişdir.

    1
    2
    3
    4
    5
    6
    7
    8
    9
    10
    11
    12
    13
    14
    Kvartal üzrə
    orta əmək haqqı
    (min manat)
    1,52
    4,25
    1,58
    2,73
    5,11

    4,1
    3,72
    3,15
    4
    2,95
    4,17

     
    Kvartal üzrə orta əmək haqqının ikinci ən böyük qiymətini hesablamalı.


    Həlli
    Məsələni НАИБОЛЬШИЙ funksiyası vasitəsilə həll edək.
    1.    İlkin verilənlər cədvəlini tərtib edək:




    2.    Nəticənin yazılacağı xananı seçək ($A$3)
    3. Мастер функций dialoq pəncərəsinin Статистические kateqoriyasından НАИБОЛЬШИЙ funksiyasını seçək. Bu zaman НАИБОЛЬШИЙ funksiyasının dialoq pəncərəsi əmələ gələcək.
          4. Массив sahəsinə daxil olaraq ilkin verilənlər  
              diapazonunu (B2:O2) mausla seçək.
          5. K sahəsinə daxil olaraq 2 qiymətini yazaq. OK 
              düyməsini basdıqdan sonra $A$3 xanasında    
              hesablamanın nəticəsi olan  4,25 qiyməti 
              əmələ gələcəkdir.